Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalını təqlid etməsi dünya mediasında gündəm olub.
Sulh.info.az xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında prezidentin sözçüsü İbrahim Kalının Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Rusiya nümayəndə heyətini necə qarşılamasından xeyli təəccüblənən Putinin reaksiyası günə damğasını vurub.
V.Putinin İ.Kalının təqlidini etməsi və üz ifadəsi yumor mövzusuna çevrilib.