​Pelosinin Ermənistana səfəri yekunlaşdı

​Pelosinin Ermənistana səfəri
10:31 19.09.2022
226 Dünya
A- A+

ABŞ Konqresinin Prezidentlər Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri başa çatıb.

Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Pelosini hava limanına qədər Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan müşayiət edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri sentyabrın 17-də başlayıb. Yerevanda Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.