ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə cəbhəyə cəlb etməkdir.
Sulh.info.az xəbər verir ki, bu fikirləri erməni analitik Arqişti Kiviryan “Facebook” səhifəsində qeyd edib:
“Nensi Pelosi Qafesyan İncəsənət Mərkəzinə getdi, Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı. Beyinsizlərə indi sadəcə demək olar ki, o, əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir: hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin antiiran cəbhəsinə cəlb olunmasıdır.
Vilsonun “yetimləri” isə onun onları xilas etməyə gəldiyini düşünürlər. Və bu, Pelosinin günahı deyil. Əgər bu insanlar Vilsonun tullantı kağızına kütləvi şəkildə inanıblarsa, bu xalqı hər şeyə inandırmaq olar. Bura bir dəfə Boltonun İrəvana səfəri zamanı dediklərini də əlavə edin”.
Həmçinin oxuya bilərsiniz: "Azərbaycanlıların Pelosiyə qarşı kampaniyası trend oldu - FOTO"