​Vətən müharibəsi qazisi VƏFAT ETDİ

​Vətən müharibəsi qazisi
11:33 19.09.2022
234 Toplum
A- A+

Vətən müharibəsi qazisi vəfat edib.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu. 

Məlumat üçün bildirək ki, Səmədov Elnur 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.