​Ərdoğanın ABŞ-da erməni qızla söhbəti diqqət çəkdi - VİDEO

​Ərdoğanın ABŞ-da erməni qızla söhbəti diqqət çəkdi -
12:21 19.09.2022
297 Dünya
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərində Mərkəzi Parkda gəzintidən sonra restoranda əyləşib. Onunla görüşüb söhbət edənlər arasında erməni qız da olub.

Sulh.info.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkədə yer alıb.

Videoda erməni qız Ərdoğana yaxınlaşır, onunla əllə görüşür və mehriban söhbət edir.

Qeyd edək ki, Ərdoğan həyat yoldaşı və onu müşayiət edən nümayəndə heyətinin müşayiəti ilə ABŞ-a gəlib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak edəcək.