​Rasim Məmmədovun məhkəməsi təxirə salındı

​Rasim Məmmədovun məhkəməsi
12:24 19.09.2022
224 Hadisə
A- A+

"Baku Steel Company"nin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova -Məmmədovanın sədrliyi ilə keçirilən iclasın keçirilməməsinə səbəb təqsirləndirilən şəxsin vəkilləri - Elçin Sadıqov, Zibeydə Sadıqova və Pərviz Məmmədovun məhkəməyə gəlməmələri olub. Hər üç vəkil məhkəmədə iştirak edə bilməyəcəkləri ilə bağlı bildiriş göndəriblər.

Dövlət ittihamçısı prosesin vəkillərin iştirakı olmadan keçilməsinin mümkün olmayacağını bildirib.

Proses sentyabrın 23-ə qədər təxirə salınıb.

Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.