​ABŞ dollarının möhkəmlənməsi qızılı ucuzlaşdırıb

​ABŞ dollarının möhkəmlənməsi qızılı
14:30 19.09.2022
A- A+

ABŞ dollarının digər valyutalara qarşı möhkəmlənməsi dünya bazarlarında qızılın qiymətinin düşməsinə səbəb olub. Birjalar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsi iə bağlı qərarını gözləyir.

 Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,4 %, yaxud 6,65 dollar ucuzlaşaraq 1 unsiyası 1726,45 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,24 % düşərək 1 unsiyası 19,462 dollar təşkil edib.

ABŞ dollarının indeksi 0,06 % artaraq 109,83 bəndə çatıb. Bahalı dollar qızıla olan tələbi azaldır, bu isə onun başqa valyutalarla alış üçün əlçatanlığını azaldır.