Rusiyanın Novosibirsk şəhərində soyuducu kombinatının binasında ammiakın sızması nəticəsində 8 nəfər xəsarət alıb.
Bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerindən 300 nəfər təxliyə edilib.
Hadisənin səbəbləri barədə məlumat yayılmayıb.