"1975-ci ildə Livanda yaradılan və bütün yollardan istifadə edərək "Böyük Ermənistan"ın yaradılmasını qarşısına məqsəd qoyan, erməni diasporu vasitəsilə maliyyələşən "ASALA" terror təşkilatı dünyanın müxtəlif bölgələrində türk diplomatlarını qətlə yetirib, Türkiyə səfirliklərini bombalayıblar. Yəni, bu, ilk olmadığı kimi birdən-birə meydana çıxan, qeyri-ənənəvi davranış da deyil. Özü də bu terror aktlarının çoxu Avropanın düz göbəyində reallaşdırılıb. Bu, terroru dövlət siyasəti səviyyəsinə nəinki Ermənistanda, hər yerdə gətirmək cəhdləridir ki, hər yana təhlükə saçır".
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza danışan politoloq Şəbnəm Həsənova bildirib. O, həmçinin əlavə edib:
"Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumların törədilməsi ermənilərin toplum olaraq terrorizm əqidəsi ilə qidalandıqlarından, yaşadıqlarından xəbər verir. Bu, ultramillətçi ermənilərin əsrlər boyu yürütdükləri dəst-xəttdir. Ona görə dəst-xəttdir ki, terrorizmi ermənilər institutlaşdırıb.
Dünyada şəbəkələşmiş ermənilərin əsas məqsədi bu cür yollarla iddia etdikləri "soyqırımın" qisasını almaqdır. Məhz buna görə də Ermənistan monoetnik dövlətdir. Birgəyaşayışı bacarmayan bu toplum istədiyini əldə edə bilmədikdə aqressiyasını ən sərt şəkildə büruzə verir. Azərbaycan sülhə dəvət edir, Ermənistan isə düşmən mövqeyindən əl çəkmir. Əl çəkməsi üçün ona təzyiq edilmək əvəzinə birtərəfli, qeyri-obyektiv şəkildə açıq dəstək də verilir. Bütün bunların baş verməsi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sadəcə Ermənistana reallaşdırdığı səfəri vaxtı çoxaldı ki, bu səfər ermənilərin əl-qolunu daha da açmasına, aqressiya ifraz etməsinə rəvac verdi".
"Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən bütün bu aqressiyanın qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsi olduğunu, əlavə olaraq səfirliklərimizə hücumların zəncirvari törədildiyini nəzərə alsaq, deməli, bu ölkələr mahiyyət etibarilə belə halların nəinki qarşısını almır, törədilməsinə göz yumur, rahat şərait yaradır.
Azərbaycan ərazi bütövlüyünü öz gücünə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək ölkədə hökm sürən möhkəm xalq-iqtidar-ordu birliyi sayəsində əldə etdi. Bizim sistematik fəaliyyətimiz sülh amallarından keçir, təxribat törədib, törətdirilib sonra da hazır ssenari üzrə reallaşdırılan qarşılıqlı səfərlərdən, verilən cəfəng bəyanatlardan deyil".
Fidan Ali / Sulh.info.az