​Parlamentdə daha bir komitənin iclası keçirilir

​Parlamentdə daha bir komitənin iclası
15:00 19.09.2022
211 Ölkə
A- A+

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilir.

Komitənin 2022-ci il payız sessiyasının ilk iclasının gündəliyinə 3 məsələ daxil edilib:

1. Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi.

3.”Dini etiqad azadlığı haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Deputatlar sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçilərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edərək iclasa başlayıblar.