​Generalın vəkili iş başında ÖLDÜ

​Generalın vəkili iş başında
15:04 19.09.2022
261 Hadisə
A- A+

Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində ölüm hadisəsi baş verib.

SULH.İNFO.az Qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil, 1958-ci il təvəllüdlü Valeriy Mənsum oğlu Vəliyev idarədə olarkən halı qəfil pisləşib. Yaxınlıqdakı şəxslər ona kömək etmək istəsə də, 64 yaşlı vəkil vəfat edib.

V.Vəliyev Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili olub.

Qeyd edək ki V.Vəliyev bir sıra siyasi məhkəmə işlərində vəkil kimi iştirak edib. O, ləğv edilmiş Milli Təhlükəsizlik nazirliyinin sabiq idarə rəisi, general-mayor Sübahir Qurbanovun da vəkili olub.