​Siyavuş Novruzov idman edərkən xəsarət alıb

​Siyavuş Novruzov idman edərkən
15:31 19.09.2022
248 Ölkə
A- A+

Milli Məclisin deputatı Siyavuş Novruzovun qolu sınıb.

Bu barədə “Report”a açıqlamasında deputat özü məlumat verib.

Onun sözlərinə görə, xoşagəlməz hadisə ilə idman edərkən üzləşib.

“Təxminən 10 gün əvvəl turnikdə dartınan zaman qolum sındı. İndi yaxşıyam, gipsə qoyuldu və müalicələr edildi. Ciddi bir şey yoxdur. Müalicədə irəliləyişlər var”, - S.Novruzov əlavə edib.