​Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında görüş keçiriləcək

​Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında görüş
17:10 19.09.2022
230 Siyasət
A- A+

ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Hunanyan bildirib.

Onun sözlərinə görə, üçtərəfli formatda görüş bu gün keçiriləcək.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində səfərdədir.