​Saatlı İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü tapılıb

​Saatlı İcra Hakimiyyətinin əməkdaşı iş otağında
20:30 19.09.2022
247 Hadisə
A- A+

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

Apa-nın Mil-Muğan bürosu xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini, 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

Ölümün səbəbi araşdırılır.

Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.