​Türkiyə bankı Rusiyanın “Mir” sistemi ilə işləməyi dayandırdı

​Türkiyə bankı Rusiyanın “Mir” sistemi ilə
23:00 19.09.2022
220 Dünya
A- A+

Türkiyənin ən böyük özəl bankı olan “İş Bankı” Rusiyanın “Mir” ödəniş sistemi ilə işləməyi dayandırıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

ABŞ-ın diqqətini Rusiyanın yerli ödəniş sistemi Mir-ə daxil olan türk banklarına yönəltməsi xəbərindən sonra “İş Bankı” analoji addımı atıb.

Bank açıqlamasında bildirib ki, öz fəaliyyətini milli və beynəlxalq qanunlara, qaydalara və biznes prinsiplərinə uyğun aparmağa çalışır.