​Tacikistan və Qırğızıstan qoşunların sərhəddən çıxarılmasına dair protokol imzalayıb

​Tacikistan və Qırğızıstan qoşunların sərhəddən çıxarılmasına dair
23:45 19.09.2022
284 Dünya
A- A+

Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin (MTDK) sədri Saymumin Yatimov və Kamçıbek Taşiyev arasında görüş keçirilib. Görüşün sonunda tərəflər hərbi qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.

SÜLH.İNFO.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Suqd vilayəti sədrinin mətbuat xidməti məlumat yayıb.

“Hər iki ölkənin (Tacikistan və Qırğızıstan - red.) Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri tərəfindən protokol imzalanıb. Sənədə əsasən əlavə hərbi qüvvələr və hərbi texnika daimi dislokasiya yerlərinə qaytarılacaq və sakinlərin təhlükəsizliyi təmin ediləcək”, - məlumatda deyilir.

Görüş “Güliston” sərhəd-keçid məntəqəsində baş tutub. Görüş zamanı hüquq-mühafizə orqanlarının rəhbərləri Tacikistan və Qırğızıstanın sərhədyanı rayonlarında sabitliyin təmin olunması məsələlərini müzakirə ediblər.