​Vətəndaşı döyüb pulunu oğurlayanlar SAXLANILDI

​Vətəndaşı döyüb pulunu oğurlayanlar
11:15 20.09.2022
237 Hadisə
A- A+

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə sentyabrın 19-da 3 nəfərin Bakı şəhər sakinləri E.Abbasovu və R.Cahangirovu döymələri və E.Abbasovun 104 manatını quldurluq yolu ilə talamaları barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elxan Əsgərov, Ruslan İsrafilov və Əfqan Şərifov müəyyən olunaraq saxlanılıblar. 

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.