​DİN "Prius" qəzasında ölən ər-arvadla bağlı məlumat yaydı

​DİN
11:07 20.09.2022
214 Hadisə
A- A+

Sentyabrın 19-da saat 9 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Teymur Gadzhıyev idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən M.Mahmudovun idarə etdiyi “Zoomlion” markalı yük avtomobilinə vurub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə sürücü və sərnişini, həyat yoldaşı Mahirə Məmmədova hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.