Milli Məclis “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolu müzakirəyə çıxarır.
Bununla bağlı məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə ediləcək.
Belə ki, “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə” qanunu layihəsi komitənin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Müzakirələrdən sonra sənədin Milli Məclisin plenar iclasına tövsiyə ediməsi nəzərdə tutulur.