​Qadının pulqabısı OĞURLANDI - 550 manatı varmış

​Qadının pulqabısı OĞURLANDI
11:44 20.09.2022
268 Hadisə
A- A+

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə sentyabrın 19-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 550 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.

Bu barədə Sulh.info.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Rövşən Nəsirov müəyyən olunaraq saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.