​Tanınmış ekspert Arye Qut vəfat edib

​Tanınmış ekspert Arye Qut
12:11 20.09.2022
271 Toplum
A- A+

Beynəlxalq münasibətlər sahəsində ekspert, Azərbaycanın diaspor fəalı Arye Qut vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Arye Qut xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun İsraildə dünyasını dəyişdiyi bildirilir.

Mərhum A.Qut Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru idi. O, milliyətcə yəhudi olsa da, Azərbaycan dilində təmiz danışırdı.

Allah rəhmət eləsin.