​Bakıda naməlum şəxs avtobusa hücum etdi - ANBAAN VİDEO

​Bakıda naməlum şəxs avtobusa hücum etdi
12:15 20.09.2022
290 Hadisə
A- A+

Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib.

Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Nəqliyyat vasitəsinin şüşələrini sındırıb.

Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib. Araşdırma aparılır.