​Arye Qutun dəfn olunacağı yer AÇIQLANDI

​Arye Qutun dəfn olunacağı yer
12:45 20.09.2022
230 Ölkə
A- A+

“Arye Qut ağır xəstəlikdən sonra İsraildə xəstəxanada vəfat edib. Bu, bizim üçün böyük itkidir. Çünki onun miqyasında İsraildə Azərbaycan üçün vuruşan insan yoxdur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında İsraildə Azərbaycan Evinin rəhbəri Nexamiya Şirin Mixaeli deyib. 

“Onun vəfatı diaspor üçün böyük zərbədir. İsrail vaxtı ilə saat 14:00-da vida mərasimi olacaq, mən də orada olacağam. Arye Qut Netanya şəhərində dəfn olunacaq”, - deyə o əlavə edib.