​"Əgər ABŞ Ermənistanı inandıra bilərsə..." - Politoloqdan AÇIQLAMA

​
11:20 21.09.2022
201 Siyasət
A- A+

“Nyu-Yorkda keçirilən görüşün nəticəsinin olub-olmaması ilk növbədə Amerikadan, daha sonra isə Ermənistandan asılıdır”.

Sulh.info.az xəbər verir ki, bu sözləri Nyu-Yorkda baş tutan Azərbaycan, ABŞ və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı saytımıza danışan politoloq Fuad Çıraqov bildirib.

Politoloq eyni zamanda bildirib ki, ABŞ Ermənistanı sülh müqaviləsi imzalamağa çağıra bilər:

“Nəticənin olub-olmaması Amerika tərəfindən ona görə asılıdır ki, ABŞ Ermənistanı beynəlxalq norma və prinsiplər əsasında sülh müqaviləsi imzalamağa və qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyünü tanımağa çağıra və inandıra bilər. Başqa sözlə Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında müqavilə imzalanmasına inandıra bilər. Başqa hər hansı bir müzakirələr, yəni Qarabağ və yaxud Azərbaycan üçün nəzərdə tutulmuş məsələlər üzrə müzakirələr qeyri-konstruktiv olacaq".

"Hazırda müzakirə oluna biləcək məsələ yalnız Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşmasıdır. Bu isə dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında ola bilər. Əgər Amerika tərəfi üzərinə götürdüyü vasitəçilik missiyasını yerinə yetirərək bununla bağlı Ermənistanı inandıra bilərsə, hər hansı bir nəticə əldə edilə bilər”.

Fidan Ali / Sulh.info.az