Gənc fəal, "Demokratiya 1918" hərəkatının sədri Əhməd Məmmədli saxlanılıb.
Modern.az xəbər verir ki, sosial şəbəkələrdə onun günorta saatlarında iki nəfər mülki geyimli şəxs tərəfindən İslam Səfərli küçəsində maşına mindirildiyi və naməlum istiqamətə aparıldığı barədə məlumat yayılıb.
DİN-in Mətbuat Xidmətindən Ə.Məmmədlinin polis tərəfindən saxlanıldığını bildirilib. Qeyd edilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
Hələlik onun hansı səbəbdən saxlanıldığı açıqlanmayıb.