Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının (BA) 77-ci sessiyasının açılışında iştirak edir.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Tvitter hesabında bildirilib.
“BMT üzləşdiyimiz problemlərin həllinə kömək etmək üçün vacib platforma təmin edir”, - XİN-in paylaşımında qeyd olunub.