​Əli Əhmədov Belarus səfiri ilə görüşdü

​Əli Əhmədov Belarus
18:37 20.09.2022
298 Siyasət
A- A+

Baş nazirin müavini, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Əli Əhmədov sentyabrın 20-də Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən SÜLH.İNFO.az-a bildiriblər ki, görüş zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.