​Gürcüstanda banka hücum: 12 girov var

​Gürcüstanda banka hücum:
21:18 20.09.2022
231 Dünya
A- A+

Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs banka hücum edib.

SÜLH.İNFO.az Bakupost.az-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilir ki, “Gürcüstan Bankı”nda 12 nəfər girov götürülüb.

“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.

Qeyd edək ki, soyğuncu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.

İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.