​Makron nüvə insidentlərinin qarşısının alınmasında AEBA-nı dəstəkləməyə çağırıb

​Makron nüvə insidentlərinin qarşısının alınmasında AEBA-nı
23:59 20.09.2022
245 Dünya
A- A+

Fransa Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ukraynada nüvə insidentlərinin qarşısının alınmasında səylərini dəstəkləyir.

SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.

“Bizim vəzifəmiz nüvə təhlükəsizliyi üçün hərbi əməliyyatların nəticələrinin qarşısını almaq üçün AEBA-nın səylərini dəstəkləməkdir”, - Makron deyib.

O xatırladıb ki, agentliyin Ukraynaya missiyası bu yaxınlarda baş tutub və bunun ardınca müstəqil hesabat hazırlanıb.

"Nəticələri fəlakətli ola biləcək nüvə insidentləri riskinin qarşısını almaq üçün birlikdə çalışaq", - Makron qeyd edib.