​Kəlbəcərdə ağır qəza, xəsarət alanlar var

​Kəlbəcərdə ağır qəza,
10:28 21.09.2022
237 Hadisə
A- A+

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.

Sulh.info.az "Report"a istinadən xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.