​Sərhəddəki təxribatda ermənilərin Laçında basdırdıqları növbəti minalar zərərsizləşdirilib - FOTO

​Sərhəddəki təxribatda ermənilərin Laçında basdırdıqları növbəti minalar
10:52 21.09.2022
238 Hərbi
A- A+

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.