İrlandiyada qəribə hadisə qeydə alınıb.
Sulh.info.az xəbər verir ki, müxtəlif şikayətlərlə xəstəxanaya müraciət edən yaşlı qadını müayinə edən həkimlər onun müxtəlif orqanlarında 55 batareya aşkar ediblər.
Həkimlər batareyaların sayını dəqiqləşdirmək üçün qadını bir neçə dəfə müayinə ediblər. Batareyalar qadının mədəsində, bağırsaqlarında və digər orqanlarında ilişib qalıb. Müxtəlif üsullardan istifadə edilərək təkcə 4 batareyanı çıxartmaq mümkün olub. Digər batareyaların çıxarılması üçün cərrahlar hərəkətə keçiblər. Qadının səhhəti üçün təhlükə olmadığı bildirilib. Hadisənin səbəbləri araşdırılır.
Mənbə: ndtv.com