​Mağazadakı terminaldan 2 mindən çox pul OĞURLANDI

​Mağazadakı terminaldan 2 mindən çox pul
11:42 21.09.2022
219 Hadisə
A- A+

Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2111 manat pul oğurlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.