​“O Baydendir, mən Ərdoğan” – Türkiyə liderindən CAVAB

​“O Baydendir, mən Ərdoğan”
12:07 21.09.2022
272 Dünya
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasından çıxarkən “Reuters”in müxbirinin suallarını cavablandırıb.

Sulh.info.az xəbər verir ki, Ərdoğan xanım jurnalistə zarafatla deyib: “nə soruşacaqsansa, soruş?”. 

Müxbir isə ilk sualında Ərdoğandan onun ABŞ prezidenti Co Baydenlə təkbətək görüşüb-görüşməyəcəyini soruşub.

“O Baydendir, mən Ərdoğan”,- deyə Türkiyə lideri gülərək cavab verib.

F-16 qırıcıları ilə bağlı senatorlarla görüşə gəlincə, Ərdoğan “onlar müsbət danışırlar, deyəsən, F-16 göndərməklə bağlı qərarı təsdiq edəcəklər”, - deyə bildirib.