​Ruslar səfərbərliyə qarşı etirazlara başlayır

​Ruslar səfərbərliyə qarşı etirazlara
12:40 21.09.2022
330 Dünya
A- A+

Rusiyada müharibə əleyhinə genişmiqyaslı aksiyalar başlayır. 

Bu barədə Rusiya mediası məlumat yayıb.

Aksiya təşkilatçıları vətəndaşları etirazlara qoşulmağa səsləyiblər. 

Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 19:00-da bir çox şəhərlərin mərkəzində etirazlar başlayacaq  Aksiya iştirakçıları Rusiya Prezidenti Vladimir Putini ölkədə səfərbərlik elan edilməsi ilə bağlı qərarı ləğv etməyə çağırıblar:

"Atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin qurbanı olacaq. Bu kimə lazımdır? Putinin maraqlarına görə uşaqlarımız ölür".

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.