​"Hamı kraliçanın dəfnində idi, ora nüvə silahı atmalıydıq" - Rus aparıcı

​
13:59 21.09.2022
263 Dünya
A- A+

Tez-tez qalmaqallı açıqlamalarla gündəmə gələn rusiyalı aparıcı Olqa Skabeyeva yenidən səs-küy yaradacaq ifadələr işlədib.

Sulh.info.az xəbər verir ki, O.Skabeyeva bu dəfə kraliça II Elizabetin dəfn mərasimindən söz açıb. O, Rusiyanın sözügedən mərasimə nüvə silahı ilə hücum etməli olduğunu söyləyib.

Putinin “dəmir övladı” kimi tanınan Skabeyeva dünya liderlərinin iştirak etdiyi dəfn mərasiminin gözəl bir yer olacağını vurğulayıb: “Biz bunu həmin gün etməliydik, hamı dəfn mərasimində idi”.

Skabeyeva sözügedən fikirləri verilişin qonaqları arasında olan keçmiş rus generalı Andrey Qurulevin açıqlamasından sonra səsləndirib. Qurulev çıxışı zamanı “bizim çoxlu hədəflərimiz var. Almaniyadakı Ramşteyn aviabazası kütləvi hədəfdir, lakin gözləyə bilər. İngiltərə şər anası olduğu halda, biz niyə Almaniya və Ukraynaya nüvə raketləri atmalıyıq?" - deyə qeyd edib.

Xatırladaq ki,  96 yaşında dünyasını dəyişən Kraliça Elizabetin dəfn mərasimində  ABŞ lideri Co Bayden də daxil olmaqla, onlarla dövlət başçısı və ölkə nümayəndəsi iştirak edib.

Mənbə: Topnews.ru