Pakistanda bir şəxs dərs suallarına cavab verə bilməyən 12 yaşlı oğlunun üzərinə kerosin tökərək onu qorxutmaq üçün kibrit yandırıb.
Sulh.info.az xəbər verir ki, oğlunu qorxutmağa çalışan şəxs səhvən onu yandırıb.
Dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan uşaq bədənindəki yanıqlar səbəbindən dünyasını dəyişib. Dünyasını dəyişən uşağın anası ərini məhkəməyə verib.
Məlumata əsasən, həbsdə olan kişi sentyabrın 24-də məhkəməyə çıxarılacaq.
Mənbə: Dawn.com