​Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

​Tibb işçilərinin maaşlarına əlavənin verilmə
17:22 21.09.2022
248 Ölkə
A- A+

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət noyabrın 1-nə kimi uzadılıb.