​Əfqanıstanın paytaxtında güclü partlayış olub - VİDEO

​Əfqanıstanın paytaxtında güclü partlayış
18:00 21.09.2022
226 Dünya
A- A+

Bu gün günorta saatlarında Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.

Partlayış Kabilin Dehmazanq rayonunda baş verib.

Hadisənin səbəbləri, itkilər və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Aidiyyəti qurumlar hadisə ilə bağlı açıqlama verməyiblər.

Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışın izdihamın olduğu ərazidə baş verdiyi və çoxlu sayda yaralıların olduğu görünür.