​"Bakcell": Axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb (Yenilənib)

​
22:22 21.09.2022
386 Ölkə
A- A+

Bu gün axşam saatlarında "Bakcell" operatorunun şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə "Bakcell" şirkətindən bildirilib.

"Artıq abunəçilərimiz rahatlıqla "Bakcell" xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - şirkətdən əlavə olunub.

***

SÜLH.İNFO.az Axar.az a istinadən xəbər verir ki, “Bakcell” şirkəti şəbəkədə yaranan problemlə bağlı əməkdaşımıza açıqlama verib.

“Hal-hazırda texniki təkmilləşdirmə işləri ilə əlaqədar, zəng və internet xidmətlərinin istifadəsi zamanı müvəqqəti çətinliklərlə üzləşə bilərsiniz. Baş vermiş narahatçılığa görə üzr istəyirik”, - şirkətdən verilən məlumatda bildirilib.

***

Ölkədə "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaşanıb.

SÜLH.İNFO.az xəbər verir ki, problemin hansı səbəbdən baş verdiyi məlum olmasa da, telekommunikasiya xidmətləri göstərilən şirkətlərdən əldə edilən məlumata görə, problem tezliklə aradan qaldırılacaq.