​Şəmkirdə sərxoş kişi özünü yandırıb

​Şəmkirdə sərxoş kişi özünü
10:35 22.09.2022
254 Hadisə
A- A+

Şəmkir sakini yanıq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

35 yaşlı Samir Mehdiyev bədənin bir çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 35 yaşlı S.Mehdiyev həmin vaxtı sərxoş olub. O, üzərinə benzin tökərək özünü yandırıb.

Faktla bağlı araşdırma aparılır.