​"TURKOVAC"ın Azərbaycandakı sınağı ilə bağlı ilkin məlumatlar toplanılıb, Türkiyəyə göndərilib

​
12:09 22.09.2022
272 Ölkə
A- A+

Azərbaycanda "TURKOVAC" vaksinin 3-cü faza klinik sınaqlarının ilkin nəticələri açıqlanıb.

Bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlama verib.

O bildirib ki, artıq ilkin məlumatlar toplanılıb və daha dəqiq, dərin təhlil üçün Türkiyə tərəfinə göndərilib:

"İnanırıq ki, qısa müddətdə Azərbaycanda keçirilmiş sınaqlar "TURCOVAC"dan sonra silsiləli şəkildə gələn vaksinlər üçün də öz töhfəsini verəcək"