​Ermənistan diversiya qrupu Kəlbəcərdə dərə boşluqlarını minalamağa cəhd göstərib

​Ermənistan diversiya qrupu Kəlbəcərdə dərə boşluqlarını minalamağa
12:13 22.09.2022
236 Ölkə
A- A+

Ermənistan silahlı qüvvələrinin diversiya qrupu Kəlbəcər istiqamətində dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.