​Meksikada 6,5 bal gücündə zəlzələ olub

​Meksikada 6,5 bal gücündə
14:10 22.09.2022
218 Dünya
A- A+

Meksikanın Miçoakan ştatında, sentyabrın 19-da güclü zəlzələnin qeydə alındığı ərazidə bu gün 6,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Milli Seysmoloji Xidməti tviter səhifəsində məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı yerin 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ baş verdiyi ərazidə həyata keçirilən təxliyə zamanı bir qadın yıxılaraq ölüb.