​Slovakiyanın müdafiə naziri: "Vladimir Putin devrilə bilər"

​Slovakiyanın müdafiə naziri:
14:20 22.09.2022
219 Dünya
A- A+

“Rusiya Prezidenti Vladimir Putin devrilə bilər”.

Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.

Onun sözlərinə görə, Rusiyada qismən səfərbərliyin elan olunması hakimiyyəti çətin siyasi vəziyyətə salacaq: “Bu, Kreml rəhbərinin devrilməsi ilə nəticələnə bilər”.

Y.Nad V.Putinin sentyabrın 21-də xalqa müraciətinin pafoslu olduğunu bildirib. O, əlavə edib ki, Ukrayna torpaqlarında keçirilən “referendumlar” gələcəkdə ukraynalıların Rusiya torpaqlarına hücumü ilə bağlı iddialara bəhanə yaratmaq üçündür.

Xatırladaq ki, sentyabrın 21-də V.Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.