​İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcək

​İran, Rusiya və Çin birgə hərbi
14:30 22.09.2022
217 Dünya
A- A+

İran, Rusiya və Çin Hərbi Dəniz Qüvvələri bu ilin payızında Hind okeanının şimal hissəsində birgə təlim keçirəcək.

Bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri sentyabrın 22-də Silahlı Qüvvələrin paradı zamanı jurnalistlər açıqlamasında bildirib.

Onun sözlərinə görə, təlimdə Pakistan, Oman və başqa dövlətlərin hərbi dənizçilərinin də iştirak edəcəyi gözlənilir.