Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Co Baydenin BMT Təhlükəsizlik Şurasının (TŞ) genişləndirilməsi təklifini təqdirəlayiq adlandırıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, rəsmi Moskva BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin tərəfdarı olduğunu açıqlayıb.
“Biz özümüz də bunun tərəfdarıyıq, inanırıq ki, layiqli namizədlər var”, - Rusiya XİN-dən bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Birləşmiş Millətlər Təşkilatının tribunasından bildirib ki, ölkəsi Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının genişləndirilməsinin tərəfdarıdır.