​Ukrayna 55 hərbçini Rusiyaya qaytarıb

​Ukrayna 55 hərbçini Rusiyaya
13:15 22.09.2022
216 Dünya
A- A+

Danışıqlar nəticəsində Ukrayna tərəfi Rusiyaya 55 hərbi qulluqçu qaytarıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıqlar nəticəsində Ukrayna ərazisində olan Rusiya, “DXR” və “LXR” -in 55 hərbi qulluqçusu qaytarılıb. Onlar əsirlikdə ölümlə təhdid edilirdi. Ukrayna əsirliyindən qaytarılan bütün hərbiçilər Rusiya ərazisinə gətirilib və hazırda tibb müəssisələrinə yerləşdiriliblər”, deyə Rusiya MN-dən bildirilib.