​Türkiyədə sel ciddi fəsadlar yaratdı

​Türkiyədə sel ciddi
22:45 22.09.2022
257 Dünya
A- A+

Türkiyədə kəskin istiləri güclü yağışlar əvəz etməyə başlayıb. Leysan nəticəsində yaranan sel və daşqınlar yaşayış məskənlərinə və təsərrüfata ciddi ziyan vurub.

SÜLH.İNFO.az xəbər verir ki, Bartın, Osmaniyə, Ərdahan, Kayseri və digər vilayətlərdə küçə və meydanları sel suları basıb. Bir sıra yerlərdə nəqliyyatın hərəkəti çətinləşib. Onlarla avtomobil su altında qalıb. Təbii fəlakət bölgələrinə xilasedici briqadalar cəlb olunub.

Meteoroloqlar əlverişsiz hava şəraitinin davam edəcəyini bildiriblər.