​Füzulidə yük avtomobili maşına çırpılıb, ölən var

​Füzulidə yük avtomobili maşına çırpılıb,
09:45 23.09.2022
235 Hadisə
A- A+

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sulh.info.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Cəlal Kərimlinin idarə etdiyi "Qazel" markalı yük avtomobili ötmə əməliyyatını yerinə yetirərkən 1978-ci il təvəllüdlü Elşən Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtomobillə toqquşub.

Zərbənin nəticəsində "Daewoo" aşıb. Minik avtomobilin sərnişini, 1955-ci il təvəllüdlü Rahilə İmaməliyeva hadisə yerində ölüb, hər iki sürücü xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.